SOSİUM

19 Yanvar

Asiman Həsənov kimdir?

Asiman Həsənov Bakı Sağlamlıq Mərkəzinin icraçı direktoru təyin olunub.

Fins..az xəbər verir ki, Asiman Həsənov 1974-cü ildə Zəngəzur mahalının Nüvədi kəndində anadan olub. 1981–1991-ci illərdə həmin kənddə təhsil almış, daha sonra Azərbaycan Tibb Universitetinin müalicə işi ixtisası üzrə məzun olmuşdur.

O əmək fəaliyyətinə 1993-cü ildə M.Nağıyev adına Təcili Tibbi Yardım Xəstəxanasında tibb qardaşı kimi başlamışdır. 1997-ci ildə cərrahiyyə şöbəsində internatura keçmişdir. 1998-ci ildən Azərbaycan Tibb Universitetinin “Ümumi cərrahiyyə” kafedrasında baş laborant vəzifəsində çalışıb. 2013-cü ildən həmin kafedrada assistent, 2015-ci ildə isə dosent vəzifəsinə yüksəlib.

Asiman Həsənov Azərbaycanda səhiyyənin idarə edilməsi və xəstəxanaların yaradılması üzrə mühim vəzifələri icra edib.

O eyni zamanda 2006-2010-cu illərdə Avrasiya Klinikasında, 2010-2013-cü illərdə Medical Plaza və 2013-2016-cı illərdə ATU-nun Tədris Cərrahiyyə Klinikasında baş həkim vəzifələrində çalışıb.

2016 və 2017-ci illərdə “Grand Hospital”ın rəhbəri, ardınca 2017-2019-cu illərdə “Avrasiya Hospital”ın idarə heyətinin rəhbəri vəzifələrini icra edib.