SOSİUM

07 İyul

Hans Klyuge: Üçqat ekoloji böhran region sakinlərinin erkən ölümünə səbəb olur

Hər il Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa regionunun təxminən 1,4 milyon sakini ekoloji problemlərlə bağlı səbəblərdən həyatla vidalaşır, onların yarısının ölümünə səbəb havanın çirkləndirilməsi olur. Bu ölüm hallarının qarşısını almaq mümkündür.

Fins.az BMT-nin saytına istinadla xəbər verir ki, bu barədə ÜST-nin Avropa bürosunun başçısı Hans Klyuge Budapeştdə keçirilən tematik konfransda çıxışında bəyan edib.

Forumda Avropa və Mərkəzi Asiyanın 46 ölkəsindən, eləcə də vətəndaş cəmiyyətləri və gənclər təşkilatlarından olan təmsilçilər toplanıb. Məqsəd özündə üçqat ekoloji böhranı – iqlim dəyişməsi, ətraf mühitin çirkləndirilməsi və biomüxtəlifliyin itirilməsini təmsil edən eksiztensional təhlükəyə qarşı mübarizədə inkişafı aktivləşdirməkdir.

“Ötən il, Avropada bütün müşahidələr tarixi ərzində ən isti yay ayında ekstremal istilər ucbatından 20 mindən çox insan həyatını itirdi. Regionun 77 milyon sakini hələ də içməli suya əlçatanlığa sahib deyillər”, - deyə Hlyuge xatırladıb.

Onun sözlərinə görə, bu problemləri adlamaqda irəliləyiş kifayət qədər sürətli templərlə getmir ki, bu isə 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində hədəflərə nail olmanı təhlükə altına alır. ÜST-nin Avropa bürosunun başçısı bütün tərəfləri səyləri gücləndirməyə səsləyərək deyib: “Hökumətlər hərəkətə keçməlidir. Tərəfdaşlar hərəkətə keçməlidir. Hər birimiz hərəkətə keçməliyik”.

H.Klyuge bu və digər problemlərin həllinə Avropa regionu əhalisinin üçdəbirini təşkil edən gəncləri cəlb etməyə çağırıb.