Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə “Norm” ASC tərəfindən uşaq evlərinə ziyarətlər təşkil olunub.
Fins.az xəbər verir ki, şirkətin bir qrup əməkdaşı Bakının Ramana qəsəbəsində yerləşən uşaq evinə baş çəkib. Ziyarət çərçivəsində şirkət əməkdaşları uşaqlarla birlikdə onlar üçün təşkil olunmuş əyləncəli proqramda iştirak ediblər, müxtəlif oyunlar oynayıblar. Həmçinin uşaq evinin ərazisindəki yarımçıq tikilinin sement ehtiyacı da qarşılanıb.
İkinci ziyarət Lənkəranda yerləşən uşaq evində təşkil olunub. Uşaqlara geyimlər və oyuncaqlar hədiyyə edilib, onlar üçün müxtəlif əyləncəli master-klaslar keçirilib. Şirkət əməkdaşları uşaqlarla birlikdə nahar süfrəsi ətrafında söhbət edib, birlikdə vaxt keçiriblər.
Qeyd edək ki, “Norm” ASC korporativ sosial məsuliyyət təşəbbüsləri ilə cəmiyyətə fayda verməyə xüsusi diqqət ayırır. Bu ziyarətlər vasitəsilə şirkət qayğıya ehtiyacı olan uşaqlara sevgi, qayğı və şəfqət nümayiş etdirmək fürsətini dəyərləndirir, onlarla ünsiyyət qurmaq və aidiyyat hissini möhkəmləndirməyə çalışır. Şirkət tərəfindən bu istiqamətdə gələcəkdə də tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.