SOSİUM

19 İyun

ABŞ professorları iqtisadiyyat sahəsinin jurnalistləri üçün seminar keçiblər – FOTO

Ötən həftə İqtisadi və Sosial İnkişaf Mərkəzi və İqtisadiyyatın Əsasları Təşəbbüsü (“Economoc Fundamentals Initiative”) təşkilatları jurnalistlər üçün seminar təşkil ediblər.

Fins.az xəbər verir ki, 13-14 iyun tarixlərində Bakıda keçirilən seminarda “Data və  metodların başa düşülməsi”, “Ən çox rast gəlinən iqtisadi səhvlər: İntusiyanın səhv getdiyi yer”, ““Ədalətli və Balanslı” Hər Rəyin Bərabər Qəbul Edilməsi Demək Deyil. Elmin əxlaqdan fərqləndirilməsi” və “Uzaqdan Görünüş. İƏT (EFİ) alimlərinin Azərbaycanın üzləşdiyi cari məsələlərin müzakirəsi” mövzularında müzakirələr aparılıb.

Diskussiya formatında keçən seminarda iqtisadiyyat sahəsində ixtisaslaşma ilə bağlı jurnalistlərin suallarını cavablandıran seminar təlimçiləri ABŞ-ın aparıcı universitetlərinin professorları Rəndal K. Fayler, Tauni H. Ferrarini və Cozef P. Kalhun olublar.

Seminarın məqsədi maliyyə savadlılığını artırmaq, media orqanları və universitetlərin jurnalistika fakültəsinin tələbələrinin potensialını gücləndirməkdir.

İqtisadi və Sosial İnkişaf Mərkəzi və İqtisadiyyatın Əsasları Təşəbbüsünün jurnalistlər üçün birgə keçirdiyi seminarın öhdəliyində iqtisadi və maliyyə aktuallığı olan məsələlər üzrə bilikləri artırmaq və ictimaiyyətin məlumatlandırılmasına töhfə vermək durur.

Fuad Mədətov
Fins.az