Dövlət başçısının “Azərbaycan Respublikasının ərazisində baş vermiş təbii fəlakətlərin,
texnogen qəzaların və hərbi əməliyyatların nəticələrinin aradan qaldırılması ilə əlaqədar dövlət
vəsaiti hesabına inşa edilmiş yaşayış evlərinin və çoxmənzilli yaşayış binalarının mənzilləri
üzərində hüquqların rəsmiləşdirilməsi, habelə onların yerləşdiyi torpaq sahələri ilə bağlı bəzi
məsələlərin tənzimlənməsi” haqqında 7 aprel 2022-ci il tarixli Fərmanının əhatə etdiyi
vətəndaşlar üçün İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən
həyata keçirilən səyyar qeydiyyat xidməti davam etdirilir.
Fins.az xəbər verir ki, növbəti səyyar qəbul iyunun 16-da, saat 11:00-dan etibarən Sabirabad rayonunun Yuxarı Axtaçı, Əsgərbəyli, Muradbəyli və Qasımbəyli kəndlərində keçiriləcək.