“Novocapital İnvestisiya Şirkəti” QSC ləğv olunduğunu elan edib.
Fins.az bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetinə istinadən xəbər verir.
Məlumata görə, kreditorlar tələblərini 2 ay ərzində Bakı şəhəri, Səbail rayonu, Bünyad Sərdarov küçəsi, 15 A, mənzil 1 ünvanına bildirə bilərlər.
Xatırladaq ki, “Novocapital İnvestisiya Şirkəti” ötən ay yaradılıb. Onun nizamnamə kapitalı investisiya şirkətləri üçün müəyyən edilmiş minimum tələbə uyğun - 300 min manat, qanuni təmsilçisi isə Həmdulla Natiq oğlu Əzizovdur. Maliyyə qurumu Azərbaycan Mərkəzi Bankından lisenziya almayıb.