SOSİUM

12 İyun

Nazir: İctimai nəqliyyat əhali üçün maraqsız olub

“Bu gün ictimai nəqliyyat əhali üçün maraqsız olub”.

Fins.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev deyib.

Nazir bildirib ki, ictimai nəqliyyat biznes olaraq operatorlar üçün maraqlı deyil: “Bütün bunlara nəzər saldıqda artıq Bakının rəqəmsal əkizinin yaradılması zərurəti yaranıb. Keçən ilin oktyabrında artıq buna başlanıb və iyul ayının sonunda bu təqdim ediləcək. Bu təqdim olunandan sonra bizə artıq məlum olacaq ki, investisiyanı hara qoymalıyıq. Bakı şəhərində mobilliyin təmin edilməsi üçün ilk olaraq qanunvericiliyə dəyişikliklər etməyə çalışdıq. Yükdaşımalar və sərnişindaşımalar tam şəkildə artıq liberallaşıb. Bizim bu gün təklif etdiyimiz dəyişikliklər bəlli standartları – istər təhlükəsizlik, istər vətəndaşların məmnuniyyəti ilə bağlı standartları müəyyən etmək üçündür”.