SOSİUM

30 May

DSMF, İSF-nin gəlirləri və xərcləri artırılır

Dövlət Sosial Müdafiəsi Fondunun (DSMF) və İşsizlikdən Sığorta Fondunun (İSF) gəlirləri və xərcləri artırılır.

Fins.az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumatda qeyd edilib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiəsi Fondunun büdcəsinin gəlirləri və xərcləri bərabər olaraq 4 milyon manat (0,1 %) artırılmaqla 6 268 milyon manat təşkil edəcək.

İşsizlikdən Sığorta Fondunun gəlirləri və xərcləri bərabər olaraq 5 milyon manat (2,4 %) artırılmaqla 217,7 milyon manat təşkil edəcək.