Nazirlər Kabineti iş və istirahət günlərinin yerlərinin dəyişdirilməsi haqqında qərar verib.
Fins.az bildirir ki, qərara əsasən, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2023-cü ilin 27 və 30 iyun iş günləri ilə müvafiq olaraq 24 və 25 iyun istirahət günlərinin yerləri dəyişdirilib.
Qeyd edək, 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələri günüdür. Nazirlər Kabinetinin qərarına əsasən, bu il iyunun 28, 29-u isə Qurban bayramı günləri müəyyən edilib.
Beləliklə, iyunun 24-ü (şənbə) və iyunun 25-i (bazar) iş günləri, iyunun 26,27,28,29 və 30-u qeyri-iş günləri olacaq.
Növbəti iki gün 1 və 2 iyul isə şənbə və bazar günlərinə təsadüf etdiyindən ardıcıl olaraq 7 qeyri-iş günü olacaq.