SOSİUM

24 May

Bakı Fond Birjasının təşkilatçılığı ilə onlayn formatda vebinar keçiriləcək

Mayın 30-da Bakı Fond Birjasının təşkilatçılığı ilə “Qeyri-neft və qeyri-dövlət sektorunun Azərbaycan Respublikasının Mərkəzi Bankının notlarına investisiya imkanları” mövzusunda ödənişsiz onlayn vebinar keçiriləcəkdir.
 
Bu barədə Fins.az-a BFB-dən məlumat verilib.
 
Təlimin əsas məqsədi investorların Mərkəzi Bank notlarının ticarəti ilə cari hesablarında olan qalıq vəsaitlərinin effektiv investisiya imkanları barəsində olacaqdır.
 
Azərbaycan Respublikasının Mərkəzi Bankının qərarına əsasən investor bazası genişləndirilərək banklarla yanaşı qeyri-neft və qeyri-dövlət sektorunda fəaliyyət göstərən rezident kommersiya hüquqi şəxsləri də (maliyyə və sığorta fəaliyyəti ilə məşğul olan hüquqi şəxslər istisna edilməklə) müəyyən limitlər tətbiq etməklə notlara sahib olmaq hüququ əldə etsinlər.
 
Vebinar Zoom platforması üzərindən həyata keçiriləcəkdir.
 
Vebinarda iştirak etmək üçün linkə keçid edə bilərsiniz: