Azərbaycanda işsiz statuslu şəxslərin sayı cari ilin mayın 1-i vəziyyətinə görə, 293,2 min nəfərə bərabər olub.
Fins.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Əlavə edək ki, hesabat dövründə iqtisadi fəal əhalinin sayı 5 mln. 3,9 min nəfər olub, onlardan 4 mln. 910,7 min nəfərini məşğul əhali təşkil edib.