SOSİUM

11 May

Proaktiv qaydada pensiya, müavinət, təqaüd təyin olunanların sayı açıqlanıb

Cari ilin yanvar-aprel ayları ərzində 58,8 min pensiya, müavinət, təqaüd təyinatı elektron sistem üzərindən proaktiv qaydada aparılıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Fins.az-a verilən məlumata görə, onlardan 12,8 mini pensiya, 46 mini müavinət və təqaüd təyinatı olub. Nazirlik tərəfindən 2019-cu ilin əvvəlindən başlayaraq pensiyaların, sonralar müavinət və təqaüdlərin təyinatı elektronlaşdırılıb.

Həmin e-təyinat sistemləri vətəndaşların sosial təminat növlərinə hüquqları yarandığı halda müraciət olunmadan və sənəd təqdim edilmədən müvafiq təyinatların e-sistem üzərindən avtomatik aparılmasına imkan verir.