SOSİUM

10 May

“Azərlotereya” ASC “Heydər Əliyev ili” çərçivəsində tədbirlər keçirəcək

Müasir Azərbaycan dövlətinin memarı və qurucusu, Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə “Azərlotereya” ASC müxtəlif tədbirlər keçirəcək.

Fins.az xəbər verir ki, “Heydər Əliyev ili” çərçivəsində idmanın inkişafı, sağlam və aktiv həyat tərzinin təbliği məqsədilə “Azərlotereya” ASC-nin əməkdaşlarının Böyük Qafqazın Başdağ silsiləsinin Qızıl Qaya massivində, dəniz səviyyəsindən 3751 metr hündürlükdə yerləşən “Heydər zirvəsi”nə yürüşü təşkil olunacaq. Yürüşdə media nümayəndələri və influnserlərin də iştirakı nəzərdə tutulur.

Bundan başqa, yubiley ili çərçivəsində “Azərlotereya” yerli universitetlərə qəbul imtahanı zamanı ən yüksək bal toplamış 10 abituriyentə xüsusi təqaüdün verilməsini, eyni zamanda ətraf mühitin və təbii ehtiyatların qorunması naminə ölkəmizin yaşıllaşdırılmasına töhfə vermək məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə işğaldan azad olunmuş ərazilərdə ağacəkmə aksiyasını həyata keçirtməyi planlaşdırır.