“Faydalı” marketdən ətrinə, həmçinin xörək, salat, marinad və turşularda verdiyi özünəməxsus dada görə, bundan başqa bir sıra müasir dünya ölkələrinin kulinariyasında mühüm yer tutan qara əzilmiş və dənəli (dənəvər) istiotu əldə edə bilərsiniz.
Fins.az xəbər verir ki, qara istiotun tərkibində toxumlara özünəməxsus ətir verən dipenten, fellanderin, seskviterpen və kariofillen efir yağları, acı dad verən alkaloid piperin, bundan başqa K vitamini, dəmir, mis, manqan kimi mikroelementlər, qətran, piyli yağlar, bitki lifləri və nişasta var.
Qara istiotun mədədəki duz turşusunun sintezini stimulyasiya etməklə həzmi yaxşılaşdırmaq xüsusiyyətinə malik olması həzmlə bağlı xəstəliklərdə ondan istifadə olunmasına əsas verir.
- Həzmi normallaşdıraraq bağırsaqlarda çürümə prosesi və zərərli qazların əmələ gəlməsinin qarşısını alır, yaranmış qazların, qaraciyərin dezintoksikasion funksiyasını yaxşılaşdıraraq orqanizmdən toksiki maddələrin xaric olunmasını, bağırsaqlardan vitamin və mineralların sorulmasını asanlaşdırır.
- Qara istiot açıq yaraların üzərinə səpiləndə qankəsici və antibakterial təsir göstərir. Yerli olaraq ilan, əqrəb və həşərat sancmaları zamanı istifadə edilir.
- Qara istiotun tərkibində olan piperin orqanizmə selen, B qrupu vitaminləri, beta-karotin, kurkumin və bir sıra digər faydalı maddələrin sorulmasını artırır, orqanizmdə yağların termogenezini sürətləndirərək enerji mübadiləsini yaxşılaşdırır, artıq piylərin depolanmasının qarşısını alir.
- Piperin beyində seratonin və beta-endorfinlərin sintezini artıraraq əhval-ruhiyyəni yaxşılaşdırır.
“Faydalı” market Bakı şəhəri, Badamdar qəsəbəsi, E.Nəzərov küçəsi 9 (“Endi” marketin yanı) ünvanında yerləşir.
Tel.: (+994 55) 644 97 45