SOSİUM

04 May

Azərbaycanda “Midea” paltaryuyan maşını neçəyə satılır? - SİYAHI - FOTO

Azərbaycanda fəaliyyət göstərən bəzi məişət texnikaları mağazalarında “Midea MW-MF2914” paltaryuyan maşını müxtəlif qiymətlərlə satışa çıxarılıb.

Fins.az xəbər verir ki, “Midea MW-MF2914” paltaryuyan maşını mayın 4-nə təyin olan nəğd satış qiymətləri arasında ucuz “WorldTelecom”, baha isə “Baku Electronics” və “Music Gallery” mağazalar şəbəkəsindən əldə etmək olar.

Adıçəkilən mağazalar arasındakı qiymət fərqi 190.99 manat təşkil edir.

“Midea MW-MF2914” paltaryuyan maşınının ümumi xüsusiyyətlərinə görə 9 kq tutumu və 55 kq çəkiyə malikdir. Enerji sərfiyyatı dərəcəsi “A+++” sinfinə aid olan paltaryuyan maşının qurutma sürəti dəqiqəyə 1400 dövr və başqa üstünlükləriylə əlverişli məişət texnikasıdır.

Mağazalardakı qiymətləri aşağıdakı siyahıda ən ucuzdan bahaya doğru sıralanıb:

WorldTelecom”
Nəğd: Qiymət: 839 AZN

“Maxi”
Nəğd: Qiymət: 849AZN

“Baku Electronics”
Nəğd: Qiymət: 1029.99AZN

“Music Gallery”
Nəğd qiyməti: 1029.99AZN

Fuad Mədətov
Fins.az