“Faydalı” marketdən tərkibində insulin, askorbin turşusu, salisil turşusu, C vitamini, efir yağları, tanin, alkoloid turşusu, violaementin və polisaxaridlər olan bənövşə bitkisini əldə edə bilərsiniz.
Fins.az xəbər verir ki, müxtəlif kimyəvi maddələrlə zəngin olan bənövşə bitkisi orqanizmə ödqovucu, disikqovucu, antiseptik təsir göstərir. Onun dəmləməsindən qadın xəstəlikləri, dəri xəstəlikləri, bronxit, soyuqdəymə, mədə-bağırsaq xəstəlikləri, sidik ifrazı sisteminin xəstəlikləri zamanı istifadə edilir. Tərkibində sink, selen və kaliumun çox olmasına görə ondan ən çox kosmetologiya sahəsində istifadə edilir.
Qrip xəstəliyi zamanı 1 xörək qaşığı xırdalanmış quru bənövşə yarpaqlarını 1 stəkan qaynar suya salın 15 dəqiqədən az olmamaq şərti ilə qaynatmaq və soyutmaq lazımdır. Dəmləməni gündə 3-4 dəfə olmaqla yeməkdən əvvəl 1/3 stəkan içmək yuxarıda adları çəkilən xəstəliklərin sağalmasına səbəb olur.
Ümumi soyuqlama əlamətləri olduğu zaman termosa 1 xörək qaşığı xırdalanmış quru bənövşə yarpaqları tökülür və üzərinə 1 stəkan qaynar su əlavə edilib 6-8 saat dəmləməyə qoyulur. Alınan qarışımdan gündə 3-4 dəfə 2 xörək qaşığı içmək soyuqlama əlamətlərini aradan qaldırır.
“Faydalı” market Bakı şəhəri, Badamdar qəsəbəsi, E.Nəzərov küçəsi 9 (“Endi” marketin yanı) ünvanında yerləşir.
Tel.: (+994 55) 644 97 45