Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyevin ikinci “Yüksəliş” müsabiqəsinin qalibləri Nərgiz İsmayılova və Fərrux Məhərrəmli ilə növbəti görüşü baş tutub.
Fins.az xəbər verir ki, Ülvi Mehdiyev qaliblərlə Dövlət Agentliyinin həyata keçirdiyi layihələr, yeni texnoloji trendlərin dövlət xidmətlərinə tətbiqi və peşəkar komanda quruculuğu istiqamətində fikirlərini bölüşüb. Həmçinin qaliblərin Dövlət Agentliyi tərəfindən həyata keçirilən layihələrdə iştiraklarına dair fikir mübadiləsi aparılıb.
Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev "Yüksəliş" müsabiqəsinin Mentorluq proqramı çərçivəsində Nərgiz İsmayılova və Fərrux Məhərrəmlinin mentorudur.