SOSİUM

03 May

1 saylı Sumqayıt “ASAN xidmət” – 10 il - FOTO

Prezident İlham Əliyevin iştirakı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan 1 saylı Sumqayıt regional “ASAN xidmət“ mərkəzinin 3 may 2013-cü il tarixində açılışı baş tutub. Mərkəz 15 may 2013-cı il tarixində fəaliyyətə başlayıb.

Fins.az xəbər verir ki, mərkəz müvafiq xidmətlər üzrə qeydiyyat məhdudiyyəti olmadan vətəndaşlara xidmət göstərir.

10 illik fəaliyyəti dövründə mərkəzə ümümilikdə 6,140, 000-dən çox  vətəndaş müraciəti daxil olub. Eyni zamanda Səyyar ASAN xidmət avtobusu vasitəsilə 171,185-dən çox vətəndaş müraciəti qəbul olunub.

Gündəlik orta müraciət sayı 2000-ə yaxındır.

1 saylı Sumqayıt regional “ASAN xidmət“ mərkəzində 3400 nəfər könüllü fəaliyyət göstərib. Bu dövr ərzində könüllülərin iştirakı ilə müxtəlif sosial layihələr, teatr, tamaşalar, idman yarışları intelektual oyunlar, xeyriyyə aksiyaları, tarix və mədəniyyət abidələrinə ekskursiyalar təşkil olunub.