SOSİUM

03 May

Dubai İslam Bankı Türkiyədə bank alışına hazırlaşır

"Dubai İslam Bankı" Türkiyədə rəqəmsal bankçılığın alınması üçün idarə heyətindən razılıq alıb.

Fins.az "Bloomberg"ə istinadən xəbər verir ki, bank yeni rəqəmsal bankçılıq qrupunun 25 faizinin alınmasını təsdiqləyib.

Bankın cəmi aktivləri 75 milyard dollara çatdığı halda, bank 500 filialı ilə 5 milyon müştəriyə çatır. Bankın işçilərinin ümumi sayı 10 mindən çoxdur.

Zəminə Hüseyn
Fins.az