Bu gün "Azərbaycanda Kibercinayət və Kibertəhlükəsizlik barometri" ilə bağlı konfrans keçirilib.
Fins.az-ın məlumatına görə, konfransda çıxış edən Dövlət Təhlükəsizliyi Xidmətinin Kibertəhlükəsizlik Mərkəzinin rəisi Davud Rüstəmov bildirib ki, bir neçə il müddətində Azərbaycan bazarında təhlükəsizlik xidmət provayderləri fəaliyyətə başlayıb:
"Kibertəhdidlərə qarşı mübarizə tədbirləri ilə bağlı Xüsusi Xidmət orqanları mübarizə aparırlar. Biz də DTX olaraq bu fəaliyyəti izləyirik və aldığımız məlumatları kritik infrastrukturlarla paylaşırıq. Martda kibertəhdidlər qeydə alındı ki, nəticədə 300-400 minlik "Youtube" kanalı ələ keçirildi. Bu kanallarda pulsuz proqramlar paylaşdılar və nəticədə insanlar o proqramları yükləyərək yoluxdular".