SOSİUM

26 Aprel

İqtisadiyyat nazirinin müavini Xaçmazda vətəndaşları qəbul edəcək

İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov 28 aprel 2023-cü il tarixdə Xaçmaz şəhərində (ünvan: Xaçmaz şəhəri, Bakı prospekti 45, Quba-Xaçmaz Regional İnkişaf Mərkəzi) Quba, Qusar, Xaçmaz rayonlarından olan vətəndaşları qəbul edəcək.

Fins.az xəbər verir ki, vətəndaşların qəbulu saat 11:00-dan etibarən keçiriləcək.

Qəbula gəlmək istəyən Quba, Qusar, Xaçmaz rayonlarından olan  vətəndaşlar İqtisadiyyat Nazirliyinin rəsmi internet səhifəsində qeydiyyatdan keçməklə və ya "195-1" Çağrı Mərkəzinə zəng etməklə Nazirliyin fəaliyyət istiqamətlərinə dair məsələlərlə bağlı müraciət edə bilərlər.