Bu gün "Heydər Əliyev və Azərbaycanda sahibkarlığın inkişafı" mövzusunda konfrans keçirilib.
Fins.az xəbər verir ki, konfransda əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev çıxış edərək bildirib ki, müharibə əlillərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması və onların avtomobillə təmin edilməsi sahəsində də sahibkarlar sosial dəstək göstərib:
"Vətən müharibəsindən sonra sahibkarlar tərəfindən korporativ sosial məsuliyyət sahəsində önəmli addimlar atılıb. 683 sahibkar 5100 vakansiya təqdim edib. Həmin vakansiyalara 2538-dən çox şəhid ailəsi üzvü, müharibə əlili və vətən müharibəsi iştirakçısı cəlb edilib."
Zəminə Hüseyn
Fins.az