SOSİUM

20 Aprel

Agentliyin “1542” Çağrı mərkəzinin fəaliyyəti ilə bağlı xəbərdarlıq

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) e-informasiya sistemlərində aparılan təkmilləşdirmə işləri ilə əlaqədar olaraq qurumun “1542” Çağrı mərkəzinin fəaliyyəti 20 aprel saat 16:00-dan sonra müvəqqəti olaraq dayandırılıb.

Fins.az xəbər verir ki, bu səbəbdən qurumun rəsmi internet səhifəsi üzərindən “Zəng sifariş et” bölməsi də deaktiv olub.

Qısa zaman ərzində sistemdə aparılan təkmilləşdirmə işlərinin tamamlanması və “1542” Çağrı mərkəzinin fəaliyyətinin bərpa olunması nəzərdə tutulur.

Vətəndaşlar icbari tibbi sığorta ilə bağlı suallarını [email protected] elektron poçt ünvanına yaza və Agentliyin rəsmi internet səhifəsində “Elektron müraciət” bölməsi (//its.gov.az) üzərindən ünvanlaya bilərlər.