SOSİUM

20 Aprel

RİNN bayram günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək

Ramazan bayramı günlərində əhalinin nəqliyyat, poçt, telekommunikasiya, o cümlədən internet, mobil rabitə xidmətləri və radio-televiziya yayımı ilə keyfiyyətli və davamlı şəkildə təmin edilməsi üçün müvafiq tədbirlər həyata keçirilib.

Fins.az xəbər verir ki, bununla əlaqədar Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin qurumlarına, eləcə də mobil və telekommunikasiya operatorlarına, internet xidmət provayderlərinə təlimat göndərilib.

Müvafiq struktur bölmələri xidmətlər üzrə baş verə biləcək problemlərin aradan qaldırılması məqsədilə tam hazır vəziyyətə gətirilib.