SOSİUM

18 Aprel

Sahibkarlarla iftar süfrəsi - FOTO

Aprelin 17-də Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və Marsol Group-un təşkilatçılığı, "Beynəlxalq Təhsil Mərkəzi", "Caspian Energy Group", "Texno Gallery", "Meslehetchi.az", "One Smart Star" şirkətinin dəstəyi ilə "Marriott Hotel Boulevard"da Ramazan ayı münasibətilə 500-dən çox sahibkarın və bir sıra dövlət qurumlarının iştirak etdiyi "Sahibkarlarla iftar süfrəsi" adlı tədbir baş tutub.

Fins.az xəbər verir ki, “Sahibkarlarla iftar süfrəsi” tədbirində dövlət qurumlarından Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli, Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli, Azərbaycan Respublikasının Milli Məclisinin  deputatı Vüqar İskəndərov və Müşfiq Məmmədli iştirak edib.

Dövlət qurumu nümayəndələrinin çıxışından sonra söz “Sahibkarların iftar süfrəsi” tədbirinin təşkilinə dəstək olan Marsol Group partnyoru "Beynəlxalq Təhsil Mərkəzi", "Caspian Energy Group", "Texno Gallery", "Meslehetchi.az", "One Smart Star" şirkətlərinin rəhbərlərinə verilib. Ardınca şirkət rəhbərlərinə plaket təqdim olunub və şirkətlərin video təqdimatları izlənilib.

Tədbirin davamında Marsol Group-un həyata keçirdiyi bir sıra yeniliklər və tədbirlər haqqında təqdimatlar olub və videolar izlənilib. İlk əvvəl Marsol Group-un restaylinq videosu izlənilib. Ardınca artıq 4 aydır fəaliyyət göstərən Marsol Karyera və İnkişaf Mərkəzi və 8-10 iyun tarixlərində “Heydər Əliyev və Azərbaycan sahibkarlğı” mövzusunda baş tutacaq sərginin anons videosu izlənilib. Ən sonda isə İdea Consulting şirkətinin rəhbəri Ceyhun Məmmədovun təqdimatında “Rəqəmsal transformasiya” mövzusunda, çoxdandır gözlənilən “Marsol+” mobil tətbiqinin təqdimatı olub.

Biznes imkanları, məlumat mübadiləsi və innovasiyaya yol açan növbəti görüşlərimizdən olan “Sahibkarlarla iftar süfrəsi” partnyorlarımızın səmimi mühitdə yeni tanışlıqlar və dostluq münasibətləri qurub, netvorkinq əlaqələrini genişləndirməsinə vəsilə oldu.

Fəaliyyətimiz müddətində yanımızda olub, bizə dəstək göstərən partnyorlarımıza və dövlət qurumlarına yeni layihələr və yeni idealarla görüşmək ümidi ilə təşəkkürümüzü bildiririk.