SOSİUM

17 Aprel

“PAŞA Bank” əhali ilə Ramazan sevincini bölüşüb

Sosial məsuliyyət korporativ vətəndaş olan “PAŞA Bank”, Ramazan bayramı ərəfəsində növbəti xeyriyyə layihəsində iştirak edib.

Fins.az xəbər verir ki, “PAŞA Bank”ın dəstəyi və “Nargis” Fondunun təşkilatçılığı ilə 10-14 aprel tarixləri ərzində Balaxanıda iftar çadırları qurularaq iftar süfrələri hazırlanıb. Balaxanı, Pirşağı və Ramana kəndlərində yaşayan 1500-dən artıq sakin 5 gün boyunca təşkil edilən iftar süfrəsi ətrafında toplaşaraq bayram sevincini bölüşüb. İftar süfrəsinə qatıla bilməyənlər insanlar üçün iftar payları birbaşa yaşadıqları məkanlara çatdırılıb.

Xatırladaq ki, Bank, ötən il Qəbələdə analoji layihənin təşkil olunmasına dəstək göstərib. 1500-dən çox insanın qatıldığı bu layihədə iftar süfrələrindən əlavə Qəbələ şəhəri və ətraf kəndlərdə yaşayan şəhid və qazi ailələrinə də bayram sovqatı çatdırılıb.