SOSİUM

17 Aprel

"Heydər Əliyev İli" çərçivəsində Mərkəzi Bank tərəfindən növbəti ağacəkmə tədbiri keçirilib - FOTO

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibəti ilə Mərkəzi Bank tərəfindən 15 aprel 2023-cü il tarixində növbəti ağacəkmə tədbiri keçirilib.

AMB-dən Fins.az-a verilən məlumata görə, Mərkəzi Bankın əməkdaşları övladları ilə birgə Müşfiqabad qəsəbəsində yerləşən ərazidə Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun 200 ədəd Eldar şamı və zeytun ağacı əkiblər.

Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Mərkəzi Bank, Azərbaycan Banklar Assosiasiyası, Azərbaycan Sığortaçılar Assosiasiyası, Azərbaycan Mikromaliyyə Assosiasiyası, Azərbaycan Fond Bazarı İştirakçıları Assosiasiyası və Azərbaycan Fintex Assosiasiyası arasında imzalanmış Anlaşma Memorandumu çərçivəsində bu ildən başlayaraq 10 il ərzində hər il 100 000 ağac olmaqla, ümumilikdə 1 000 000 ağac əkiləcəkdir.

Fuad Mədətov
Fins.az