SOSİUM

13 Aprel

FTB-dən ictimai şarj nöqtələrindən uzaq durmaq barədə xəbərdarlıq

ABŞ Federal Təhqiqatlar Bürosu (FTB)  istifadəçilərə zərərli proqram riskləri səbəbindən xəbərdarlıq edib.

Fins.az "Habertürk"ə istinadən xəbər verir ki, ictimai USB portları cihazlarda izləmə proqramlarını yerləşdirmək üçün istifadə olunur.

İnsanların cihazlarını pulsuz stansiyalara qoşmaması lazım olduğu bildirilən elanda onların əvəzinə yanlarında öz şarj cihazlarını və ya USB kabellərini daşıyaraq enerji doldurmaları çağırışı edilib.

Zəminə Hüseyn
Fins.az