SOSİUM

13 Aprel

“Nar”ın təşkilatçılğı ilə “Təlim Məktəbi” layihəsinin mükafatlandırma mərasimi keçirilib – FOTO

Bu gün Bakıda “Təlim Məktəbi” layihəsinin mükafatlandırma mərasimi keçirilib.

Fins.az-ın məlumatına görə, layihə çərçivəsində manikür peşəsi üzrə təlim keçmiş 20 xanımın mükafatlandırma mərasimi baş tutub.

"Sosial yönümlü layihələrin istiqaməti müxtəlifdir. Lakin fiziki məhdudiyyətli insanlara dəstək bu istiqamətlərin əsasında ən çox diqqət yetirdiyimiz hissələrdən biridir. Artıq bir neçə ildir ki, biz bu layihəni uğurla davam etdiririk.  300-ə yaxın insan yeni peşə biliklərinə yiyələnib. Bu layihəni davam etdirməyi planlaşdırırıq. Yalnız Bakı yox, regionlar barədədə düşünürük." - deyə “Nar”ın İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Əziz Axundov bildirib.

Qeyd edək ki, “Təlim Məktəbi” layihəsində nitq və eşitmə məhdudiyyətli şəxslərin cəmiyyətə inteqrasiyası və maddi sərbəstliyi üçün müxtəlif peşə təlimləri tədris olunur.

“Nar” hal-hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərməkdədir. “Nar” son 4 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.

Zəminə Hüseyn
Fins.az