SOSİUM

06 Aprel

Supermarketlər spirtsiz içkilərə nə qədər endirim ediblər? – CƏDVƏL

Azərbaycanda supermarketlər həftə ərzində müvafiq endirimlər tətbiq edirlər. Bu həftə bəzi supermarketlərdə spirtsiz içkilərə müəyyən endirimlər olub.

Fins.az xəbər verir ki, supermarketlər tətbiq edilən endirimlərin qiymətlərini açıqlasalar da, qiymətlər arasında ortalama faiz hesabı göstərilməyib.

Belə ki, ortalama faiz hesabıyla ən çox endirim “Neptun” (0.7%), az isə “Bravo”, “Rahat”, “Bazar Store” və “Oba” supermarketlər şəbəkəsində olub. Az endirim edən supermarketlərin göstəriciləri eynilik (0.1%) təşkil edib. “Araz” supermarketlər şəbəkəsi isə ortalama faiz hesabıyla qənaətbəxş endirim (0.2%) edib.

Supermarketlərdəki endirimlər ortalama faiz hesabıyla aşağıdakı siyahıda və cədvəldə ən çoxdan aza doğru sıralanıb:

1. “Neptun” – 0.7%
2. “Araz” - 0.2%
3. “Bravo” – 0.1%
4. “Rahat” – 0.1%
5. “Bazar Store” – 0.1%
6. “Oba” – 0.1%

Fuad Mədətov
Sirac Qayıbov
Fins.az