SOSİUM

05 Aprel

İlon Mask dünyanın ən varlı insanı titulunu itirib

"Tesla", "SpaceX" və "Twitter" şirkətlərinin rəhbəri İlon Mask dünyanın ən varlı adamları reytinqində ikinci yerə enib.

Fins.az xəbər verir ki, bu barədə "Forbes" jurnalı məlumat açıqlayıb.

İlon Mask "Dünya Milyarderləri Siyahısı"da liderliyini itirib. Onun hazırda sərvəti 180 milyard dollardır. Mask ötən ildən bəri təxminən 39 milyard dollar itirib.

Hazırda LVMH (Louis Vuitton Moet Hennessy) şirkətlər qrupunun prezidenti Bernard Arno dünyanın ən varlı adamları reytinqinə başçılıq edir. Arnonun sərvəti ötən il 53 milyard dollar artaraq 211 milyard dollara çatıb .