Azərbaycanda supermarketlər həftə ərzində müvafiq endirimlər tətbiq edirlər. Bu həftə bəzi supermarketlərdə ət və ət məhsullarına müəyyən endirimlər olub.
Fins.az xəbər verir ki, supermarketlər tətbiq edilən endirimlərin qiymətlərini açıqlasalar da, qiymətlər arasında ortalama faiz hesabı göstərilməyib.
Belə ki, faiz hesabıyla ən çox endirim edən “Araz”, ən az isə “Rahat” supermarketlər şəbəkəsidir.
Supermatkatlərdəki endirimlər faiz hesabıyla aşağıdakı siyahıda ən çoxdan ən aza doğru sıralanıb:
1. “Araz” - 3.8%
2. “Neptun” - 3.6%
3. “Bazar Store” - 3.5%
4. “Bravo” - 3.4%
5. “Oba” - 3.1%
6. “Rahat” - 1.9%
Fuad Mədətov
Sirac Qayıbov
Fins.az