Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin əməkdaşı Nigar Əhmədova işdən çıxıb.
Fins.az xəbər verir ki, o bu barədə sosial şəbəkə hesabında paylaşım edib. 2019-cu ildən Kənd Təsərrüfatı Nazirliyində çalışan Nigar Əhmədovanın yeni iş yeri də məlum olub.
O, bundan sonra fəaliyyətini “Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin İctimaiyyətlə əlaqələr şöbəsində davam etdirəcək.
Əhmədova Nigar Abbas qızı 24 fevral 1986-cı ildə Bakı şəhərində anadan olub. 2004-2009-cu illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin Mühədis iqtisadiyyatı və İdarəetmə fakültəsinin bakalavr pilləsini bitirib. 2009-2012-ci illərdə həmin universitetdə Strateji İdarəetmə ixtisası üzrə magistr təhsili alıb.
Qeyd edək ki, Nigar Əhmədova APA xəbər agentliyində, "İnsider.az" xəbər saytında çalışıb.