SOSİUM

27 Mart

Azərbaycanda hava necə olacaq? PROQNOZ

Martın 28-nə gözlənilən hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətinin Fins.az-a verilən məlumata görə Bakıda və  Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi gündüz cənub-şərq küləyi  ilə əvəz olunacaq. Havanın temperaturu gecə 7-11° isti, gündüz  16-21°  isti olacaq. Atmosfer təzyiqi  758 mm civə sütunu olacaq. Nisbi rütubət  65-75 % olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz. Lakin gecə və səhər bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir.  Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 6-11° isti, gündüz 18-23° isti, dağlarda gecə 1° şaxtadan 4°-dək isti, gündüz  4-8° isti olacaq.