Dövlət Miqrasiya Xidmətinin yaradılmasının 16-cı ildönümü və miqrasiya orqanları işçilərinin peşə bayramı ərəfəsində ənənəvi qanvermə aksiyası keçirilib.
Dövlət xidmətində Fins.az-a verilən məlumata görə, qanvermə aksiyasında Xidmətin 70-ə yaxın əməkdaşı iştirak edib.
Talassemiya və hemofiliyadan əziyyət çəkən xəstələrə, xüsusilə uşaqlara yardım məqsədilə keçirilən aksiya - Xidmətlə Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Qan Bankının (Mərkəzi Qan Bankı) birgə təşkilatçılığı ilə reallaşdırılıb.