Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev vətəndaşların qəbulu ilə əlaqədar Göyçay rayonuna səfəri çərçivəsində şəhid ailəsini ziyarət edib.
RİNN-dən Fins.az-a verilən məlumata görə, nazir, şəhid polkovnik-leytenant Vidadi Xəlilovun ailə üzvləri ilə görüşüb, qayğıları ilə maraqlanıb.
Görüşdə yaxınları şəhidlə bağlı xatirələrini bölüşüblər, onun Vətən müharibəsində keçdiyi döyüş yolundan danışıblar.