SOSİUM

06 Mart

DYP-dən sosial yardım almaq istəyən şəxslərə müraciət

Baş Dövlət Yol Polisi İdarəsi ünvanlı dövlət sosial yardım almaq istəyən şəxslərə müraciət edib.

Fins.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, qurumun İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Rövşən Tağıyev öz feysbuk hesabında bildirib ki, yardımın verilməsi üçün müraciət edənin mülkiyyətində və ya istifadəsində (etibarnamə əsasında) nəqliyyat vasitəsinin olması həmin şəxsə sosial yardım təyin olunmasından imtina üçün əsas sayılır: "Bu səbəbdən bütün vətəndaşlarımızdan xahiş edirik istifadəyə yararsız nəqliyyat vasitələrini adlarından çıxdaş etmək üçün müvafiq sənədlərlə birgə qeydiyyat imtahan mərkəzlərinə yaxınlaşsınlar".

R.Tağıyev əlavə edib ki, prosedur qısa vaxt ərzində növbəsiz həyata keçirilir.