SOSİUM

23 Fevral

Taksi sürücülərini SEVİNDİRƏCƏK XƏBƏR - Bakıda ödənişsiz...

Paytaxtın 20 Yanvar dairəsi, "Şamaxinka" adlanan ərazi, 3-cü mikrorayon dairəsi və avtovağzalın ətrafında fəaliyyət göstərən və pərakəndə şəkildə rayonlara sərnişin daşıyan minik taksiləri üçün Bakı Beynəlxalq Avtovağzal Kompleksi tərəfindən ödənişsiz duracaq yerləri təşkil edilib.

Fins.Az-ın məlumatına görə, bu barədə Milli.Az-a Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Rövşən Tağıyev məlumat verib.

O bildirib ki, taksi fəaliyyəti ilə məşğul olan daşıyıcıların vahid mərkəzə cəlb edilməsi, vətəndaş məmnunluğu və təhlükəsizliyi, müxtəlif ərazilərdə tıxacların azaldılması üçün sürücü və sərnişinlərin belə duracaqlarından istifadəsi zəruridir.