Azərbaycanda dövlət müəssisələrində çalışanlar 2022-ci ildə orta hesabla 794,9 manat, özəl müəssisələrdə çalışanlar isə 889 manat maaş alıb.
Fins.Az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Məlumata görə, hesabat dövründə neft-qaz sektorunda orta maaş 3 415 manat, qeyri-neft-qaz sektorunda isə 790,2 manat olub.