SOSİUM

22 Fevral

AAYDA-nin bəzi əməkdaşları peşə bayramı münasibətilə mükafatlandırılıb - FOTO

Avtomobil yolları işçilərinin peşə bayramı münasibətilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əmədaşlarının mükafatlandırılması ilə bağlı tədbir keçirilib.

AAYDA-dan Fins.Az-a verilən məlumata görə, tədbirdən öncə Agentliyin kollektivi Ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyaraq, onun xatirəsini ehtiramla yad ediblər.

Daha sonra Agentliyin akt zalında keçirilən tədbiri giriş nitqi ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyyətinin sədri Saleh Məmmədov açıb.

İdarə Heyətinin sədri Saleh Məmmədov Agentliyin kollektivini 22 fevral - Avtomobil yolları işçilərinin peşə bayramı münasibətilə təbrik edərək, çətin və məsuliyyətli işlərində onlara uğurlar arzu edib. 

Saleh Məmmədov 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” olmasına diqqət çəkərək Ulu Öndərin respublikamıza rəhbərlik etdiyi illərdə Azərbaycanın keçdiyi tərəqqi yolundan bəhs edib, xalqımızın ümummilli lideri Heydər Əliyevin inkişaf strategiyasını uğurla davam etdirən Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq müəyyənləşdirilən, Azərbaycanı müasir infrastruktur təminatına malik ölkəyə çevirməklə bağlı strategiyada yol infrastrukturunun yenilənməsinə xüsusi önəm verildiyini bildirib.

Tədbirin sonunda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədrinin müavini Əvəz Qocayev tərəfindən 22 fevral - Avtomobil yolları işçilərinin peşə bayramı ilə əlaqədar avtomobil yolları infrastrukturunun inkişafındakı xidmətlərinə görə agentliyin bəzi əməkdaşlarına fəxri diplom və mükafatlar təqdim olunub.