SOSİUM

22 Fevral

Neçə nəfər özünüməşğulluq proqramına cəlb edilib?

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən yanvar ayında 18 min şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub.

Bu barədə Fins.Az quruma istinadən xəbər verir.

Onlardan 2724 nəfəri münasib işlərlə təmin edilib, 337 şəxs isə kiçik ailə təsərrüfatlarını yaratmaları üçün özünüməşğulluq proqramına cəlb edilib.

Qeyd olunan dövrdə Agentlik tərəfindən 323 işsiz şəxs üçün peşə hazırlığı kursları təşkil edilib, 14 600-dək şəxsə isə peşəyönümü xidmətləri göstərilib.