SOSİUM

20 Fevral

DSMF-nin xərcləri 11 milyon manata yaxın artıb

2023-cü ilin yanvar ayı ərzində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) xərcləri ötən ilin müvafiq dövrünə nisbətən 10,8 mln. manat və ya 2,6% artıb.

Fins.Az bu barədə Fonda istinadən xəbər verir.

Məlumata görə, xərclərin 98.1%-ni əhaliyə ödənişlər təşkil edib.