SOSİUM

17 Fevral

Azərbaycanda 35 hektar ərazidə meşəbərpa tədbirləri aparılıb

Son bir ildə 35 hektar ərazidə meşəbərpa tədbirləri aparılıb.

Fins.az xəbər verir ki, bunu Meşələrin İnkişafı Xidmətinin rəis əvəzi Cabbar Qəribov deyib. Onun sözlərinə görə, meşələrdə və xüsusi mühafizə olunan təbiət ərazilərində keçən il olan yanğınlar son 6 ildə ən böyük yanğın hadisəsi olub:

“Həmin ərazilərdə meşəbərpa tədbirləri həyata keçirilir və hazırda da davam etdirilir. Meşəbərpa tədbirləri meşə əkin, meşə səpin və təbii-bərpa yardım yolu ilə aparılır”.