"Vətən müharibəsindən sonra 3780 nəfər müharibə iştirakçısına müxtəlif dərəcədə əlillik təyin olunub".
Fins.Az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sədri Anar Bayramov jurnalistlərə açıqlamasında deyib.
"Əlillik təyin olunan şəxslərin səhhətində müəyyən dəyişikliklər olarsa təbii ki, yenidən müraciət edə bilərlər", - o vurğulayıb.