SOSİUM

16 Fevral

Metropolitendə ikigünlük qanvermə aksiyası keçirildi - FOTO

“Bakı Metropoliteni” QSC və Metropoliten İşçiləri Həmkarlar İttifaqının  birgə təşkilatçılığı ilə fevralın 15-də QSC İdarə aparatının binasında, fevralın 16-da isə "Nərimanov" elektrik deposunda ənənəvi qanvermə aksiyası keçirilib.

Bu barədə Fins.Az-a “Bakı Metropoliteni” QSC-dən məlumat verilib.

Aksiyanın məqsədi qan donorluğuna ehtiyacı olan insanlara yardım etməkdir.
Aksiya Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankı tərəfindən ezam olunmuş xüsusi tibb briqadasının həkim-hemotoloqlarının tam nəzarəti altında keçirilib. Peşəkar tibb briqadasının mütəxəssisləri hər bir donoru müayinə edib, könüllülərdən qan nümunələri götürülüb və yekun rəy verilib. İkigünlük aksiya müddətində tibbi yoxlamalardan sonra 288 donordan qan götürülüb.
Mərkəzi Qan Bankının nümayəndələri qan donorluğunun əhəmiyyəti ilə bağlı metropolitençilərə məlumat verərək, qanvermənin insanın öz sağlamlığı baxımından nə qədər faydalı olmasından da söz açıblar.

Aksiyaya qoşulmuş bütün həmkarlarimiza təşəkkür edirik.