SOSİUM

16 Fevral

Bakı-Sumqayıt qatarına minənlər 550 min dəfə təmassız ödəniş edib

Nәqliyyat sahәsindә gediş haqlarının tәmassız bank kartları vasitәsilә ödәnilmәsi mәqsәdilә yaradılmış imkanlardan 2022-ci ildә daha geniş istifadә olunub.

Fins.Az xəbər verir ki, bu, Azərbaycan Mərkəzi Bankının 2022-ci ilin "Rəqəmsal ödənişlər icmalı"nda qeyd edilib.

Məlumata görə, Bakı vә Sumqayıt şәhәrlәri arasında sürәtli sәrnişin daşımalarını tәmin edәn Abşeron dairәvi dәmir yolunda sәrnişinlәr tәrәfindәn 2022-ci il әrzindә 550 min gediş üzrә 472 min manat hәcmindә gediş haqları tәmassız bank kartları vasitәsilә ödәnilib.