Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşı Əli Şirzadov Türkiyənin Kahramanmaraş şəhərində axtarış-xilasetmə zamanı dağıntılar altından qızıl-zinət əşyaları tapıb.
Fins.Az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, Əli Şirzadov tapdığı qızılları jandarm bölməsinə təhvil verib.
Onun bu addımını yaxınlıqdakı insanlar rəğbətlə qarşılayıblar.