SOSİUM

15 Fevral

Ötən il iki minə yaxın bələdiyyə aktı ləğv edilib

2022-ci il ərzində inzibati nəzarət qaydasında baxılması üçün daxil olmuş 95.466 (o cümlədən Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyində-2.848) bələdiyyə aktı hüquqi ekspertizadan keçirilib, nəticədə 91.307 (95,6%) aktın qanunvericiliyə uyğun olduğu müəyyən edilib.

Fins.Az Trend-ə istinadən xəbər verir ki, bununla bağlı Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi ilə bağlı 2022-ci il üzrə məruzədə qeyd edilib.

Hüquqi ekspertiza nəticəsində normativ hüquqi aktların tələblərinə zidd olan 3.699 aktın "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən dəyişdirilməsi və ya ləğv edilməsi üçün aidiyyəti bələdiyyələrə təkliflər verilmiş, digər aktlar (460) isə baxılmaqdadır. Bu təkliflər əsasında bələdiyyələr tərəfindən 1.947 akt ləğv edilmiş, 1.399 akt dəyişdirilmiş, 315 təklif isə baxılmaqdadır. Bələdiyyələr tərəfindən təmin olunmayan 38 təklif üzrə məhkəmələrdə iddia qaldırılıb.

Bələdiyyələrin fəaliyyəti ilə bağlı daxil olmuş 4.576 müraciətdən 4.180-nə baxılmış, 124-ü aidiyyəti üzrə göndərilmiş, 272 müraciət isə baxılmaqdadır. Müraciətlər üzrə inzibati nəzarət icraatı nəticəsində aşkar edilmiş qanunvericiliyin tələblərinə zidd 100 bələdiyyə aktının dəyişdirilməsi və ya ləğv edilməsi ilə bağlı aidiyyəti bələdiyyələrə təkliflər verilmişdir. Həmin təkliflər əsasında 97 akt ləğv edilmiş, 2 akt üzrə məhkəmədə iddia qaldırılmış, 1-i isə baxılmaqdadır.

Ümumilikdə həm aktlar, həm də müraciətlər üzrə inzibati nəzarət icraatı zamanı təklif verilmiş 3.799 aktdan 2.044-ü ləğv edilmiş, 1.399-u dəyişdirilmiş, təmin olunmayan 40 təklif üzrə məhkəmələrdə iddia qaldırılmış, 316 təklif isə baxılmaqdadır.

Qeyd olunur ki, vətəndaş məmnunluğu və insanlara layiqli xidmət ədliyyə fəaliyyətinin əsas prioritetlərindəndir. Bununla bağlı dövlət başçısının tələbləri rəhbər tutulmaqla bələdiyyələrlə iş sahəsində də vətəndaş-məmur münasibətləri sağlam zəmində qurulur, vətəndaşların müraciətlərinə diqqət və qayğı ilə yanaşılır. Bələdiyyə fəaliyyəti ilə bağlı baxılmış müraciətlərin 408-i təmin edilib.

Xüsusilə şəhid ailə üzvlərinin, müharibə iştirakçılarının müraciətləri nəzarətdə saxlanılmış, belə müraciətlərdən 132-si təmin edilib.