SOSİUM

15 Fevral

Ölkə əhalisi ərzağa nə qədər pul xərcləyib?

Azərbaycanın pərakəndə ticarət şəbəkəsində bu ilin yanvar ayında istehlakçılar tərəfindən ərzaq məhsulları, içkilər və tütün məmulatlarına 2 170 mln. manat xərclənib.

Fins.Az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni göstəricisi ilə müqayisədə 2.4% çoxdur.

Əlavə edək ki, ötən ay istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 50.5%-i ərzaq məhsulları, içkilər və tütün məmulatlarının alınmasına sərf olunub.