SOSİUM

15 Fevral

“Qardaş Köməyi”platforması - zəlzələdən zərər çəkənlərə yardım etmək istəyənlər! - FOTO

Fevralın 6-da yerli vaxtla saat 04:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Fevralın 7-də Adıyaman şəhərinin Gölbaşı rayonunda 5,3 bal gücündə daha bir zəlzələ baş vermişdir. Baş vermiş zəlzələ əsrin ən böyük fəlakəti hesab edilir.

Fins.Az xəbər verir ki, 06.02.2023 tarixində Azərbaycan Sahibkarlar Konfederasiyası, MÜSİAD Azərbaycan, ATİB, TUİB, Türkiyə Universitetləri Məzunları İctimai Birliyi, Gəncliyə Yardım Fondu,  KOB Subyektləri və Klublarının Assosiasiyası (KOBSKA), Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyası (AQİSA), Azərbaycan Əczaçılar Klubu, Müasir İnkişaf Birliyi, Türkiyə Məzunu Ziyalılar və İş Adamları Platformu, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə Birliyinin yetkililəri ilə birlikdə "Qardaş Köməyi" platforması təsis edilib. Hal-hazırda platforma özündə 100-dən artıq ictimai birliyi, biznes klubları və assosiasiyaları birləşdirir.

Platforma zəlzələdən zərər çəkənlərə yardım etmək üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilati dəstəyilə Türkiyənin aidiyyəti dövlət qurumları, eyni zamanda Türkiyə Respublikasının Azərbaycandakı Səfirliyi ilə birgə koordinasiyalı fəaliyyət həyata keçirir.

Platformanın fəaliyyəti uzunmüddətli xarakter daşıyır və zəlzələnin indiki dövr və gələcək dövr üçün yaratdığı fəsadların aradan qaldırılmasına xidmət edəcək.

 “Qardaş Köməyi” platforması haqqında və platforma çərçivəsində edilən yardımlar barəsində ən son məlumatları aşağıda qeyd olunan veb sayt və sosial media hesablarından əldə etmək mümkündür.

  « Instagram- Qardaskomeyi

  « Facebook- Qardaş Köməyi Platforması

  « Twitter- @gardaskomeyi

  « Websayt- www.qardaskomeyi.org

“Qardaş Köməyi” platformasının yardım toplama məntəqələri 4 ünvanda fəaliyyət göstərir. (poster əlavə olunur)

“Qardaş Köməyi” platforması çərçivəsində nağd pul vəsaiti dəstəyi göstərmək istəyənlər (1) birbaşa Türkiyə səfirliyinin kart hesabına göndərə bilərlər.

Hesab adı : Türkiyə səfirliyinin ianə hesabı

Kart nömrəsi : 5375 5649 4961 8343

Mono : 0000594

VÖEN : 9900073791

Və ya

www.qardaskomeyi.org veb saytına daxil olub birbaşa AFAD-ın rəsmi hesablarına pul vəsaiti köçürə bilərlər.

Sosial Şəbəkələrdə, xüsusilə tvitter sosial şəbəkəsində paylaşımlar zamanı istifadə olunacaq həştəqlər 3 ən vacibi ardıcıl olaraq qeyd edilir.

#gardashkomeyi

 #qardaşköməyi

 #canTürkiyə

Həmçinin #TurkiyeAzerbaycan #Birmilletİkidevlet.  və s. kimi 30-a yaxın həştəqlər qeyd edilə bilər.

Fuad Mədətov
Fins.Az